Liseyə
qəbul müsabiqə yolu ilə keçirilir. Müsabiqədə hazırda
ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların
Azərbaycan bölməsinin VIII sinfini bitirmiş şagirdlər
iştirak edə bilərlər.
Şagirdlər aşağıdakı fənlər üzrə müsabiqədən
keçməlidirlər:
- Riyaziyyat;
- Fizika;
- Azərbaycan dili və ədəbiyyat;
- İngilis dili.
Liseyə qəbul zamanı tələb olunan sənədlər:
*
ərizə;
*
doğum haqqında şəhadətnamənin əsli və surəti;
*
4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil;
*
qiymət cədvəlləri (VII-VIII siniflər üzrə).
Liseydə təhsil ödənişlidir.
Sənədlər mayın 20-dən sentyabrın 10-dək qəbul edilir.
Ünvanımız:
Az1073, Ayna Sultanova küçəsi, 5, AzMİU-nun idman
korpusunun III mərtəbəsi, 3 nömrəli otaq.
Əlaqə telefonlarımız:
539-54-48, daxili: 2-10
Mobil: (050)
442-26-62
REKTORLUQ |