Rumıniyanın paytaxtı Buxarestdə ağır atletika üzrə
yeniyetmələr arasında 10-cu Avropa birinciliyi
keçirilir.
Azərbaycan Ağır Atletika Federasiyasından AzərTAc-a
bildirmişlər ki, sentyabrın 1-dək davam edəcək
birincilikdə baş məşqçi Asif Məmmədovun rəhbərliyi
altında ölkəmizi altı idmançı təmsil edir.
Yarışın ilk günü atletimiz Valeh Baxşalızadə (50 kq) 204
kiloqram (88 kq + 116 kq) nəticə göstərərək Avropa
çempionu adını qazanmışdır. Çempionluqla yanaşı
idmançımız təkanla ştanq qaldırma yarışlarında Avropa
rekordunu da yeniləmişdir.
Səkkiz il əvvəl Norveçin Stavanger şəhərində keçirilən
Avropa çempionatında rusiyalı Pavel Suxanov 115
kiloqramlıq ştanqı başı üzərinə qaldıra bilmişdi.
Qeyd edək ki, çempionatda ölkəmizi hakim qismində Oqtay
Muxtarov təmsil edir. |