Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

DİA-da ali təhsil müəssisələri tələbə gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA), Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Musiqi Akademiyasının tələbə gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" keçirilmişdir.

Dövlət İdarəçilik Akademiyasından AzərTAc-a bildirmişlər ki, bu ali məktəbdə keçirilən "dəyirmi masa" DİA tələbə gənclər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə reallaşdırılmışdır.

Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev, DİA həmkarlar ittifaqı komitəsinin sədri Yusif Ağayev tədbirin əhəmiyyətindən danışmışlar.

DİA tələbə gənclər təşkilatının sədri Toğrul Niyazlı tədbirdə tələbələrin müvafiq Konsepsiyanın hazırlanması zamanı təkliflərlə çıxış etmələrinin önəmli olduğunu bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycanda gənclərin ölkəmizin ictimai həyatında iştirakı üçün yaradılan hər cür şərait bu gün artıq onların respublikamızın inkişafında və gələcəyə baxışlarında rolunu daha da artırmışdır.

"Dəyirmi masa"da iştirak edən ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının nümayəndələri müxtəlif təkliflərlə çıxış etmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov