Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Məktəbdə bayram tədbiri

 

Bakıdakı 263 nömrəli tam orta  məktəbdə dövlət müstəqilliyimizin bərpasının 21 illiyi ilə əlaqədar tədbir  keçirildi. Müəllim və şagirdlərin iştirakı ilə keçiriən tədbirə başlamazdan əvvəl Dövlət himni səsləndi. Sonra tədbiri  məktəbin  direktoru  Nəsimi Abbasov açaraq  dövlət müstəqilliyimizin bərpasının 21-ci ildönümü münasibətilə müəllimləri və şagirdləri təbrik etdi.  O,  xalqımızın  azadlıq və müstəqillik  tarixinə nəzər saldı. Qeyd etdi ki,  xalqımızın əldə etdiyi azadlıq və müstəqillik böyük  çətinliklər hesabına qazanılıb.

Tədbirdə müstəqil Azərbaycanın qurucusu, ümummilli lider, ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıldı.

Məktəbin tarix müəllimi Təranə Balayeva,  Ağ Ciyər Xəstəlikləri İnstitutunun həkimi, şair-publisist  Taleh  Abbas və başqaları çıxış edərək dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən söz açdılar.

Şagirdlərdən Fatma Hümbətli, Əfsanə Abbasova, Yaqub Yaqubov və başqaları dövlət müstəqilliyinə, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevə və Vətənə aid şeirlər söylədilər,  mahnı oxudular və rəqs etdilər.

Bir sözlə,  şagirdlər, sözün əsl mənasında, müstəqillik, azadlıq məfhumlarının nəinki bütövlükdə bir xalqın, həmçinin ayrılıqda hər bir insan həyatının ən vacib və ən dəyərli  yaşam tərzi, qazandığı ən böyük nailiyyət olduğu fikrini vurğuladılar .

 Tədbir dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş ədəbi kompozisiya ilə başa çatdı.

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov