Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

YAP-ın 20 illiyi ilə əlaqədar futbol komandaları arasında mübarizəyə start verilib

 

Oktyabrın 15-də Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar olaraq YAP Yasamal rayonu ərazi ilk partiya təşkilatlarının futbol komandaları arasında açılış mərasimi keçirilib.

Qonaqları və tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirilən islahatlardan, möhtəşəm layihələrdən bəhs edib. lXoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir» deyən rektor Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb. Ulu öndərin elmin, təhsilin inkişafına, alimlərin sosial vəziyyətinin daha da yaxşılaşmasına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığı, həmin siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Eyni zamanda, ölkəmizdə idmana göstərilən xüsusi dövlət qayğısından da söz açılıb.

Sonra yarış haqqında məlumat verilib. Bildirilib ki, mübarizə 12 komanda arasında 3 qrupda davam edəcək. Qalib komandaya 1200, 2-ci yerin qalibinə 900, 3-cü yerin qalibinə isə 600 manat pul mükafatı və hədiyyələr təqdim ediləcək.

Sonra Bakı Dövlət Universiteti və Kənd Təsərrüfatı Nazirliyinin komandaları arasında oyun başlayıb. Mübarizə 1:0 hesabı ilə BDU  təmsilçilərinin xeyrinə başa çatıb.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov