Müsabiqə xanəndə və xalq çalğı
alətləri ifaçıları üçün nəzərdə
tutulmuşdur.
Müsabiqədə iştirak etmək üçün
ərizə və sənədlər 1 fevral 2013-cü il
tarixinədək Azərbaycan Milli
Konservatoriyasının nəzdində Musiqi Kollecində
qəbul ediləcəkdir.
Seçim turunda 18-35 yaşlı şəxslər iştirak edə bilərlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
1. İştirakçının şəxsiyyət vəsiqəsinin surəti;
2. Tərcümeyi-hal;
3. Başqa müsabiqələrin diplomlarının və ya digər
mükafatların surəti (əgər varsa);
4. 2 ədəd fotoşəkil (7x10 sm. ölçüdə);
5. Xanəndələr 10-15 dəqiqə vaxt çərçivəsində hər hansı
bir muğamı dəf müşayiəti ilə DVD - video
formatında təqdim etməlidirlər.
6. Xalq çalğı alətləri ifaçıları hər hansı muğamı 10-15
dəqiqə vaxt çərçivəsində DVD - video formatında təqdim
etməlidirlər.
Müsabiqənin qalibləri pul mükafatı və qiymətli
hədiyyələrlə təltif olunacaqlar.
Qaliblər beynəlxalq müsabiqələrdə iştirak etmək hüququ
qazanacaqlar.
Ünvan: Dilarə Əliyeva küçəsi, 216,
Əlaqə telefonu: 493-62-60
Təşkilat Komitəsi |