Torpağı
qorumasan əkməyə dəyməz,
Kitabı oxumasan almağa dəyməz...
Akademik Zərifə Əliyeva adına liseyin riyaziyyat
müəllimi Ələddin Məmmədlinin "Abituriyentlər üçün
riyaziyyat: II hissə - HƏNDƏSƏ" (planimetriya və
stereometriya cəmi 240 səhifədə) adlı kitabı çapdan
çıxmışdur. Vəsait Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının riyaziyyat proqramı əsasında
abituriyentlərin və repetitorların məqsədlərinə uyğun
şəkildə yazılmışdır.
Bu kitab 2012-ci ilin may ayında çapdan çıxmış
"Abituriyentlər üçün riyaziyyat: I hissə - CƏBR"
adlı vəsaitin davamıdır. Məzmununa planimetriya və
stereometriya daxil olan vəsait 10 fəsildən və 28
paraqrafdan ibarətdir. Vəsaitin hər paraqrafına aid
zəruri nəzəri biliklər sistemli şəkildə, yığcam və sadə
dillə şərh olunmuşdur. Nəzəri biliklərin tətbiqini əks
etdirən məsələ həlli nümunələri bilik və bacarıqların
formalaşdırılması və möhkəmləndirilməsi məqsədi daşıyır.
Vəsait müəllifin öz oxucuları ilə "canlı söhbəti"
ruhunda yazılmışdır. Bu vəsaitdən istifadə etməklə
həndəsə kursunu indiki qəbul imtahanları səviyyəsində 28
dərsə (1 dərs =1,5-2 saat olmaqla) öyrənmək olar.
Əlbəttə, bu fikir elementar bazaya malik abituriyentlərə
aiddir. Hər bir dərsdən sonra abituriyentlər müstəqil
şəkildə çoxlu testlər həll etməlidir.
Təcrübə göstərir ki, riyaziyyatın dərk edilməsində
müəllim əməyinin rolu böyükdür. Lakin unutmaq olmaz ki,
ən yaxşı müəllim, həm də kitabdır. Elə bir kitab ki,
müəllim faktoru olmadan da ondan istədiyini öyrənə
bilərsən. İki hissəli abituriyentlər üçün riyaziyyat
kitabları məhz bu niyyətlə yazılmışdır.
Kitabı əldə etmək istəyənlər üçün əlaqə telefonu: (070)
240-13-50 |