Ali məktəb tələbələrinin ətraf mühit sahəsində bilik
və bacarıqlarının artırılması məqsədilə "Ətraf mühitin
mühafizəsində gənc nəslin rolu" mövzusunda "dəyirmi
masa" keçirilmişdir.
Tələbələrlə yanaşı, ictimaiyyət nümayəndələrinin də
iştirak etdiyi tədbirdə dövlətin ekologiya sahəsində
həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənc
nəslin fəal rolundan söhbət açılmışdır. Çıxışlarda
gənclərin ətraf mühit sahəsində bilik və
bacarıqlarının artırılmasının zəruriliyi diqqətə
çatdırılmışdır. Tədbir iştirakçılarına iqlim
dəyişmələri, yaşıl iqtisadiyyat və davamlı inkişaf və s.
mövzularda geniş məlumat verilmiş və onları
maraqlandıran suallar cavablandırılmışdır.
"Dəyirmi masa"da ətraf mühitin mühafizəsi sahəsində
mövcud problemlərin aradan qaldırılması məqsədilə
qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin, əhali
arasında maarifləndirmə işlərinin aparılmasının
vacibliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, təbiətin
büllur gözəllikləri olan flora və faunasının göz bəbəyi
tək qorunması gələcəkdə sağlam cəmiyyətin formalaşmasına
xidmət edəcək.
SİFAİ |