Yaxın zamanlarda ictimaiyyətə orta məktəblər üçün Rusiya
tarixi üzrə vahid dərsliklər konsepsiyası üzərində
aparılan işlərin ilk nəticələri təqdim olunacaq.
Xatırladaq ki, belə dərsliklərin yaradılması zəruriliyi
haqqında Rusiya Federasiyasının prezidenti Vladimir
Putin bəyanat vermişdir.
Hazırda vahid dərsliklər konsepsiyasının nümunəvi
strukturu, habelə tarixi-mədəni standartların layihəsi
işlənib hazırlanmışdır. Rusiya Təhsil və Elm
Nazirliyinin saytında dərc olunmuş "yol xəritəsi"nə
müvafiq olaraq işçi qrupu hər iki sənədə Rusiya tarixi
və hərbi-tarixi ictimaiyyətinin iştirakı ilə baxmalıdır.
Təhsil və Elm Nazirliyində qeyd edildiyi kimi,
tarixi-mədəni standartlar özündə keçmişin ən mühüm
hadisələrinin prinsipial qiymətləndirilməsini,
öyrədilməsi zəruri olan mövzuların siyahısı ilə
məktəblərdə vətən tarixinin tədrisinə əsas yanaşmaları,
anlayış və terminləri, Rusiyada vahid mədəni-tarixi
məkan formalaşdırılmasına yardım göstərilməsinə çağırışı
birləşdirir.
Avqustun sonunadək, eləcə də avqust konfranslarında
standartların geniş müzakirəsi nəzərdə tutulur. Vahid
tarix dərslikləri konsepsiyasının ictimai müzakirəsi isə
sentyabra planlaşdırılmışdır. Bu ilin oktyabrında
konsepsiya üzərində iş başa çatdırılacaq və dərsliklərin
özünün yaradılmasına başlanacaq.
"Uçitelskaya qazeta"dan
Hazırladı: Yusif ƏLİYEV |