Respublikanın ümumtəhsil məktəblərinin VI sinifləri üçün
2013/2014-cü tədris ilinə Azərbaycan Respublikasında
ümumi təhsilin kurikulumu əsasında dərslik və müəllim
üçün metodik vəsaitlərin hazırlanmasının satın
alınmasına dair keçirilmiş açıq tender prosedurunda
adları aşağıda qeyd edilən lotlar üzrə tender baş
tutmuşdur:
VI lot - "Riyaziyyat"/"Математика";
XIV lot - "İngilis dili"
Aşağıda qeyd edilən lotlar üzrə tenderə heç bir təklif
daxil olmamışdır:
III lot - "Russkiy yazık";
XV lot - "Alman dili";
XVI lot - "Fransız dili".
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası
Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, adları aşağıda
qeyd edilən lotlar üzrə üçdən az təklif daxil olduğu
üçün tender baş tutmamış və tenderin davamından imtina
edilmişdir:
I lot - "Azərbaycan dili";
II lot - "Ədəbiyyat";
IV lot - "Литература";
V lot - "Azərbaycan dili" (təlim rus dilində olan
məktəblər üçün);
VII lot - "İnformatika"/"Информатика";
VIII lot - "Azərbaycan tarixi"/"История
Азербайджана";
IX lot
- "Ümumi
tarix"/"Общая
история";
X lot
- "Həyat
bilgisi"/
"Познание мира";
XI lot
- "Biologiya"/
"Биология";
XII lot
- "Coğrafiya"/"География";
XIII lot - "Fizika"/"Физика";
XVII lot - "Russkiy yazık" (təlim Azərbaycan dilində
olan məktəblər üçün);
XVIII lot - "Texnologiya"/"Технология";
XIX lot - "Fiziki tərbiyə"/"Физическое
воспитание";
XX lot - "Musiqi"/"Музыка";
XXI lot - "Təsviri incəsənət"/"Изобразительное
искусство".
Qanunvericiliyə əsasən həmin lotlar üzrə təqdim olunmuş
bütün tender təklifləri rəsmi şəkildə müvafiq
iddiaçılara qaytarılmışdır.
Tender baş tutan lotlar üzrə (VI lot - "Riyaziyyat"/"Математика"
və XIV lot - "İngilis dili")
daxil olan dərslik komplektlərinin maketləri qaydalara
əsasən məzmun qiymətləndirilməsi üçün Dərslikləri
Qiymətləndirmə Şurasına verilmişdir. Dərslik
komplektlərinin maketləri "Dərsliklərin
qiymətləndirilməsi meyarları"na uyğun olaraq
qiymətləndirilmiş və məzmun qiymətləndirilməsinin
nəticələri Tender komissiyasının 04 iyul 2013-cü il
tarixli iclasında elan edilmişdir. Nəticələrə əsasən
VI lot üzrə ("Riyaziyyat"/"Математика")
təqdim olunan dərslik komplektləri keçid balını
toplamadığı üçün həmin lot üzrə tenderin qalibi elan
edilməmişdir. XIV lot üzrə ("İngilis dili")
təqdim olunan dərslik komplektlərindən yalnız biri -
"Təhsil Nəşriyyat-Poliqrafiya" Məhdud Məsuliyyətli
Cəmiyyətinin təklifi keçid balını toplamış və həmin lot
üzrə tenderin qalibi elan edilmişdir.
TENDER KOMİSSİYASI |