Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu
2013-2014-cü tədris ili üçün Yenidənhazırlanma fakültəsinə aşağıda göstərilən ixtisaslar üzrə tələbə qəbulu elan edir:

 

- Riyaziyyat və informatika müəllimliyi;

- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;

- Təhsildə sosial-psixoloji xidmət;

- Sosial iş;

- Məktəbəqədər təlim və tərbiyə. 

Təhsil forması: əyani

Təhsil ödənişlidir. 

  Təhsil  almaq istəyənlər rektorun adına yazılmış ərizə ilə birlikdə bu sənədləri təqdim etməlidirlər: 

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Ali təhsil haqqında diplomun və qiymət cədvəlinin (diploma əlavə)

notariusda təsdiq edilmiş surəti;

- Əmək kitabçasının müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş surəti;

- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- Sağlamlıq haqqında arayış. 

Sənədlərin qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" haqqında 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 oktyabr 2010-cu il tarixli 1297 nömrəli əmri əsasında aparılır.

Sənədlər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9.00-dan 18.00-dək  institutun Yenidənhazırlanma fakültəsində 30 sentyabr 2013-cü il tarixə qədər qəbul edilir.

Dərslər 21 oktyabr 2013-cü il tarixdən başlanır. 

Ünvan: Bakı şəhəri, M.C.Paşayev küçəsi, 11

Əlaqə telefonları: (012) 430-47-96, 430-52-78 

REKTORLUQ

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov