*
Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət,
qayğı göstərilir. Çünki bu, ölkəmizin,
millətimizin gələcəyi məsələsidir.
*
Təhsil Nazirliyində düşünülmüş proqram,
konsepsiya var, yeni fikirlər var, yeni
dərsliklər nəşr olunur.
*
Oxumaq hamıya lazımdır. Azərbaycanda təhsilin
səviyyəsi artır və biz buna çox sevinirik. Biz
istəyirik ki, gənc nəsil bilikli, savadlı olsun,
eyni zamanda vətənpərvərlik ruhunda tərbiyə
alsın. Gələcəkdə həm özlərini təmin etsinlər,
cəmiyyətdə özlərinin yerini tutsunlar, eyni
zamanda ölkəmizin ümumi inkişafına öz
töhfələrini versinlər.
*
Kompüter müasir dünyada əvəzolunmaz bir
vasitədir. Hər bir uşaq, hər bir gənc bunu
bilməlidir, xarici dilləri bilməlidir. Dünyada
baş verən bütün hadisələri, bütün yenilikləri
bilməlidir ki, həyatda öz yerini tutsun.
Azərbaycanda, bütövlükdə bu sahədə bu vaxta
qədər görülən işlər qənaətbəxşdir.
İlham ƏLİYEV |