Doktorantura
Əyani şöbə
5704.01 Dil
nəzəriyyəsi -1
yer
5706.01 Azərbaycan
dili -1 yer
5708.01 German
dilləri -1 yer
5716.01 Azərbaycan ədəbiyyatı
-1 yer
Qiyabi şöbə
5704.01 Dil
nəzəriyyəsi -1
yer
5706.01 Azərbaycan
dili -1 yer
5708.01 German
dilləri -2 yer
5716.01 Azərbaycan ədəbiyyatı
-1 yer
5719.01
Folklorşünaslıq
-1 yer
Dissertantura
5704.01 Dil
nəzəriyyəsi -1
yer
5706.01 Azərbaycan
dili -1 yer
5708.01 German
dilləri -2 yer
5719.01
Folklorşünaslıq
-1 yer
1.
Doktorantura və dissertanturaya ali təhsili olan (ali
təhsil pilləsinin magistratura səviyyəsini bitirən,
yaxud təhsili ona
bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları,
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müsabiqə
əsasında qəbul olunurlar.
2.
Doktoranturaya qəbul olunmaq istəyənlər ixtisas, xarici
dil (rus dili istisna olmaqla seçim sərbəst və ya
ixtisasa uyğun olmalıdır) və fəlsəfə fənlərindən ali
təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə
olan tədris proqramları həcmində qəbul imtahanları
verirlər. Dissertanturaya qəbul olunmaq istəyənlərlə
müsahibə keçirilir.
3.
Dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün elmi və
elmi-pedaqoji iş stajı tələb olunur.
4.
Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu 20
noyabr - 05 dekabr 2013-cü il, qəbul imtahanları və
dissertant olmaq istəyən şəxslərlə müsahibələr 9 dekabr
- 26 dekabr 2013-cü il müddətlərində keçirilir.
5.
Doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il,
dissertantlıq yolu ilə 4 ildir.
6.
Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı
sənədlər təqdim edilir:
- rektorun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş
ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun
müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə
təhsil almış Azərbaycan Respublikasının vətəndaşları
üçün təhsil haqqında sənədlərin tanınması haqqında
şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
7.
Təhsil ödənişlidir, təhsil haqqı doktorant və
dissertantla bağlanmış müqavilə əsasında
müəyyənləşdirilir.
Sənədlər Bakı Avrasiya Universitetinin Elm,
magistratura və doktorantura şöbəsində (II mərtəbə,
218-ci otaq) hər gün (bazar və bayram günləri istisna
olmaqla) saat 9.00-dan 17.00-dək qəbul olunur.
Ünvan:
Akademik Həsən Əliyev küçəsi, 135A.
Əlavə məlumat üçün:
www.baau.edu.az;
əlaqə telefonları:
564-63-67; 564-63-65
(daxili nömrə 108, 118).
REKTORLUQ |