Müsabiqənin məqsədi:
Müsabiqənin məqsədi ölkəmizdə qarşıdakı illərdə müasir
təhsil sisteminin qurulması sahəsində aparılacaq
islahatların əsas strateji istiqamət və hədəflərinin
məzmun və mahiyyətinin KİV vasitəsilə Azərbaycan
cəmiyyətinə vaxtında və düzgün çatdırılmasına nail
olmaqdan, media qurumlarının ictimaiyyətin
maarifləndirilməsi işinə təşviqini stimullaşdırmaqdan
ibarətdir.
Müsabiqədə iştirak:
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində
kütləvi informasiya vasitələrində fasiləsiz işləyən
jurnalistlər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər:
1. Yazı elan edilmiş mövzulardan birini əhatə etməlidir
(elan olunmuş mövzuların sərlövhələrinin
dəyişdirilməsinə yol verilmir);
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə
bilər;
3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq
nəşr edilən, Mətbuat Şurasının tərtib etdiyi "qara
siyahı"ya düşməyən mətbuat orqanlarında dərc
edilməlidir;
4. Yazıda "Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən
müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir;
5. İnformasiya agentliklərində və xəbər portallarında
işləyən jurnalistlər öz yazılarını işlədikləri KİV-in
rəsmi internet saytında yerləşdirməlidirlər;
6. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə),
informasiya agentliklərində və xəbər portallarında
işləyən jurnalistlərin yazıları A4 formatda çap olunaraq
(3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və
elektron (12 ölçülü Times New Roman şrifti ilə, diskdə)
variantları təqdim olunmalıdır;
7. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox
olmamalıdır;
8. Yazılar Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Sənədlərin qəbulu 11 fevral 2014-cü il tarixindən
başlayır, 11 mart 2014-cü il tarixində başa
çatır.
Sənədlər rəsmi iş günləri saat 10:00-dan 16:00-dək qəbul
olunur.
Tələb olunan sənədlər:
1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq
edilmiş surəti.
2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli təqdim olunmaqla).
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks
etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Qiymətləndirmə meyarları:
- mövzuların əhatə olunması, jurnalist araşdırması,
əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik
ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və
məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:
Hər istiqamət üzrə,
I yer - (5 nəfər) 1000 manat;
II yer - (5 nəfər) 700 manat;
III yer - (5 nəfər) 500 manat;
Həvəsləndirici mükafat - (ümumilikdə 10 nəfər) 200
manat.
Qaliblər, həmçinin Azərbaycan Respublikasının Təhsil
Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin xüsusi diplomu
ilə təltif olunacaqlar. |