Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu və
"DYMO/Mimio" (ABŞ) şirkətinin Azərbaycandakı rəsmi
nümayəndəliyi - "Smart Technologies" şirkəti ümummilli
lider Heydər Əliyevin anadan olmasının 91 illik
yubileyinə həsr olunmuş "İnteraktiv texnologiyalar və
müasir təhsil - 2014" elmi-praktik konfrans
çərçivəsində "Təhsildə interaktiv texnologiyalar -
2014" müsabiqəsi elan edir.
Dərs prosesində tədrisin interaktiv formalarından geniş
istifadəsi müasir təhsilin əsas tələblərindən biridir.
Əsas metodiki innovasiyalar məhz bu cür metodların
tətbiqi ilə bağlıdır.
Tədris müəssisələrində istifadə olunan interaktiv
avadanlığın və proqram təminatının imkanları interaktiv
tədris metodlarının inkişafı üçün son dərəcə
əhəmiyyətlidir. İnteraktiv texnologiyalardan səmərəli
istifadə keyfiyyət baxımından yeni tədris metodlarının
reallaşdırılmasını zəruri edən təhsil mühitinin
formalaşmasına kömək edir.
Öz peşəkar fəaliyyətində interaktiv texnologiyalardan
istifadə edən müəllimlərin, tərbiyəçilərin,
mütəxəssislərin sayı gündən-günə artır. Tədris
prosesində interaktiv qurğu və lövhələrlə bərabər, digər
avadanlıqlardan da - interaktiv sənəd kameralarından,
interaktiv planşetlərdən, interaktiv qiymətləndirmə
sistemlərindən istifadə olunur, xüsusi proqram təminatı
mənimsənilir və rəqəmsal interaktiv tədris materialları
yaradılır.
"Təhsildə interaktiv texnologiyalar - 2014"
müsabiqəsinin keçirilməsində məqsəd əldə edilmiş
təcrübənin paylaşılması, bunun əsasında aktual
məsələlərin analizi, yaradıcı və metodiki yeniliklərin
nümayişi, interaktiv lövhə vasitəsi ilə yeni təlim metod
və formaların tətbiqi, eyni zamanda tədris prosesində
yeni interaktiv texnologiyaları fəal tətbiq edən
təşəbbüskar müəllimlər icmasının inkişafı və bu sahədə
pedaqoji kadrların peşəkarlıqlarının artırılması,
interaktiv avadanlıqla bağlı innovativ pedaqoji
təcrübənin geniş yayılması və onun müəllimlərin gündəlik
fəaliyyətində tətbiqidir.
Müsabiqədə məktəbəqədər, orta, ilk peşə-ixtisas, ali,
əlavə və inklüziv təhsil üzrə müəllim və mütəxəssislər,
bütün növ təhsil müəssisələrində çalışan mütəxəssislər,
tələbələr iştirak edə bilər. Layihələr bütün fənlər üzrə
qəbul olunur.
Müsabiqədə iştirak üçün iş bir müəllif və ya müəlliflər
qrupu tərəfindən təqdim oluna bilər.
Müsabiqəyə bir müəllif və ya müəlliflər qrupu tərəfindən
ancaq BİR layihə təqdim oluna bilər.
Müəlliflər qrupunun tərkibi ÜÇ NƏFƏRDƏN artıq ola
bilməz.
Müsabiqədə iştirak etmək üçün müraciət və müsabiqə
materialları (rəqəmsal interaktiv dərs layihəsi və
interaktiv dərs qurulmasının planı) 5 aprel 2014-cü il
tarixindən gec olmayaraq Təşkilat Komitəsinə
(Azərbaycan, Bakı şəhəri, Xətai prospekti, 38, AZ1008)
çatdırılmalıdır.
İnformasiya dəstəyi:
"525-ci qəzet", "Azərbaycan müəllimi", "Təhsil
problemləri" qəzetləri,
www.1news.az, www.apa.az informasiya
agentlikləri,
www.tpi.edu.az, www.kurikulum.az, www.edu.mimio.az,
www.mimio.az saytları.
Əlaqə telefonları:
(012) 404-12-65; (055) 217-09-99; (070) 217-09-99 - Şəfa
Nəzərli.
(012) 490-27-21 - Gülnar Əhmədbəyli. |