Aprel ayının ikinci yarısında 6-cı sinif şagirdləri
arasında ALPLogo mühitində proqramlaşdırma-2014 adlı
müsabiqə keçiriləcəkdir.
Müsabiqə iştirakçılarına 90 dəqiqə ərzində 3 məsələnin
proqramını tərtib etmək təklif olunacaq. Təklif olunan
tapşırıqların həlli şagirdlərdən LOGO dilinin əsas
komandaları ilə işləmək bacarıqlarının, məntiqi təfəkkür
və həndəsi təsəvvürlərin olmasını tələb edir. Şagirdlər
məsələlərin proqramını kompüterdə ALPLogo mühitində
yazmalı və müvafiq qovluqda saxlamalıdır. Müsabiqə
qalibləri mükafatlandırılacaq.
Tapşırıqların örnəkləri
www.informatik.az saytında və Facebook
şəbəkəsinin "İnformatika müəllimləri" qrupunda
yerləşdiriləcək. |