İnarə
MƏMMƏDOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının tələbəsi
1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə
Bakıdakı 291 nömrəli "Araz" Ekologiya liseyini qızıl
medalla bitirib. Ali məktəblərə qəbul imtahanında 675
bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının siyasi
idarəetmə fakültəsinə daxil olub.
Qazandığı nailiyyətlərə görə orta məktəb müəllimlərinə
minnətdarlıq edir və ona göstərilən etimadı doğrultmaq
üçün səylə çalışır.
Elşən
MİKAYILOV,
Bakı Ali Neft Məktəbinin tələbəsi
1996-cı ildə Göyçay rayonunun Mollahacılı kəndində
anadan olub. 2013-cü ildə rayonun Qızılağac kəndində
tam orta məktəbi bitirib.
Ali məktəblərə qəbul imtahanında 682 bal toplayaraq
Bakı Ali Neft Məktəbinin proseslərin
avtomatlaşdırılması ixtisasına qəbul olub.
Dövlətimizin təhsilə və gəncliyə xüsusi diqqət və
qayğısından ruhlanan Elşənin məqsədi ali məktəbi
qurtardıqdan sonra təhsilini davam etdirməkdir.
Aydan
AĞAZADƏ,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının tələbəsi
1996-cı ildə İsmayıllı rayonunun Təzəkənd kəndində
anadan olub. 2013-cü ildə rayonun Təzəkənd kənd tam
orta məktəbini bitirib.
Ali məktəblərə qəbul imtahanında 687 bal toplayaraq
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə
daxil olub. Prezident təqaüdünə layiq görüldüyünə görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə öz təşəkkürünü bildirir.
Sərxan
QƏDİRZADƏ,
Azərbaycan Diplomatik Akademiyasının tələbəsi
1995-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə
Bakı Türk Liseyini bitirib.
Ali məktəblərə qəbul imtahanında 687 bal toplayaraq
Azərbaycan Diplomatik Akademiyasının kompüter elmləri
fakültəsinə qəbul olub.
Sərxan dərslərini yaxşı oxumaqla yanaşı, akademiyanın
ictimai işlərində də yaxından iştirak edir.
Təhsildə daha böyük uğurlar qazanmaq üçün öz üzərində
ciddi çalışır.
Zeynəb
ƏHMƏDOVA,
Azərbaycan Diplomatik Akademiyasının tələbəsi
1997-ci ildə Yevlax rayonunun Səmədabad kəndində anadan
olub. 2013-cü ildə Səmədabad kənd tam orta məktəbini
bitirib. Ali məktəblərə qəbul imtahanında 685 bal
toplayaraq Azərbaycan Diplomatik Akademiyasının
beynəlxalq münasibətlər fakültəsinə qəbul olub.
Prezident təqaüdünə layiq görüldüyünə görə valideynləri
adından dövlət başçısı İlham Əliyevə minnətdarlıq
edir.
Hazırladı: Şakir
CƏFƏROV,
"Azərbaycan müəllimi" |