Bakı
şəhəri Xətai rayonu akademik Zərifə Əliyeva
adına uşaq bağçası
Bakı şəhəri Xətai rayonundakı akademik Zərifə
Əliyeva adına uşaq bağçası Heydər Əliyev Fondu
tərəfindən inşa edilib. 2013-cü il oktyabrın
1-də Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva bağçanın açılışında iştirak edib.
Müxtəlif yaşlı 8 qrup üçün nəzərdə tutulan
bağçada yataq, yemək, dərs, musiqi, rəsm, əl
işləri, kompüter, tibb və müəllimlər otaqları
mövcuddur. Otaqlardakı ekoloji cəhətdən təmiz
materiallardan hazırlanan yataq dəstləri,
oyuncaqlar və dərs ləvazimatları bütün
sanitar-gigiyenik norma və standartlara cavab
verir.
Bağçada uşaqların asudə vaxtlarının təşkili,
eyni zamanda, əylənmələri üçün hovuz, idman,
oyun və müxtəlif tədbirlərin keçirilməsi üçün
zallar var.
Bağçanın həyətində köşklər, yay amfiteatrı,
yelləncəklər, batut və digər əyləncə vasitələri
quraşdırılıb.
Bağça mərkəzləşdirilmiş nəzarət kameraları ilə
təchiz olunub. |