Liseyə
şagird qəbulu müsabiqə yolu ilə 2 mərhələdə - müsahibə
və psixo-diaqnostik testlər vasitəsilə keçirilir.
1-ci sinfə cari il sentyabr ayının 15-nə qədər 6 yaşı
tamam olmuş uşaqlar qəbul olunur. Sənədlər 02-30 iyun
tarixlərində I-V günlər saat 10.00-dan 13.00-dək qəbul
olunur.
Müsabiqə avqust ayında keçiriləcəkdir.
Qeydiyyat üçün aşağıdakılar tələb edilir:
- Doğum haqqında şəhadətnamənin notariusda təsdiqlənmiş
surəti;
- 3x4 sm. ölçüdə 6 fotoşəkil;
- sağlamlıq haqqında arayış (forma 26-U);
- məktəbə hazırlıq keçdiyi halda, bu barədə arayış.
Əlavə məlumat üçün telefon: (012) 421-21-95
Ünvan: Bakı şəhəri, AZ 1096, 8-ci km qəsəbəsi, Məhsəti
küçəsi 7.
MÜDİRİYYƏT |