1. Tarix və coğrafiya müəllimliyi (Azərbaycan və rus
bölmələri);
2. Kimya və biologiya müəllimliyi (Azərbaycan və rus
bölmələri);
3. Riyaziyyat və informatika müəllimliyi (Azərbaycan və
rus bölmələri);
4. Təhsildə sosial-psixoloji xidmət;
5. Məktəbəqədər təlim və tərbiyə (Azərbaycan və rus
bölmələri);
6. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
7. İbtidai sinif müəllimliyi (Azərbaycan və rus
bölmələri);
8. Xarici dil (ingilis dili) müəllimliyi;
9. Fizika müəllimliyi (Azərbaycan və rus bölmələri).
Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və
ayrı-ayrı vətəndaşlarla Azərbaycan Dövlət Pedaqoji
Universiteti arasında bağlanmış fərdi müqavilələr
əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya
hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn
dövlət və özəl ali təhsil müəssisələrinin məzunları
"Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər
hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq
sənədin verilməsi Qaydası"na uyğun olaraq müsabiqədə
iştirak edə bilərlər.
Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı
sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin, diplomun surəti;
- əmək kitabçasının surəti;
- 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil;
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.
Sənədlər 2014-cü il avqust ayının 20-dən (istirahət
günlərindən başqa) saat 10:00 -17:00-dək ADPU-nun III
tədris binasında (otaq 123) qəbul edilir.
Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd
vermiş şəxslərlə müsahibə aparılır. Müsabiqədən uğurla
keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.
Xaricdə təhsil almış şəxslər yenidənhazırlanma təhsili
almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində
müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar.
Təhsil ödənişlidir.
Ünvan: Bakı şəhəri, S.Rüstəm küçəsi - 31
Telefon: (+99412) 440-51-49
REKTORLUQ |