Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı
sənədlər təqdim edilir:
- Ərizə (institut direktorunun adına);
- Kadrların şəxsi-qeydiyyat vərəqi;
- Tərcümeyi-hal;
- İş yerindən xasiyyətnamə (işləyənlər üçün);
- 3 ədəd foto şəkil (3x4 sm ölçüdə);
- Əmək kitabçasından çıxarış (İş stajı olanlar üçün):
- Çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş
ixtisas üzrə referat;
- Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun
müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə
təhsil almış Azərbaycan Respublikasının vətəndaşları
üçün təhsil haqqında sənədlərin tanınması haqqında
şəhadətnamə);
- Şəxsiyyəti təsdiq edən sənəd şəxsən təqdim edilir,
surəti isə digər sənədlərə əlavə olunur.
Sənədlər 10 oktyabr 2014-cü il tarixədək Bakı
şəhəri, Zərifə Əliyeva küçəsi 96 ünvanında yerləşən
Azərbaycan Respublikasının Təhsil Problemləri
İnstitutunun əsas korpusunda elmi-pedaqoji kadr
hazırlığı şöbəsində (otaq 7) qəbul edilir.
Əlaqə telefonları: 4938271; 4939621
veb sayt:
www.tpi.edu.az
DİREKTORLUQ |