Təlimin məqsədi:
müasir idarəetmə bilik və bacarığına yiyələnmiş,
informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və
sosial inkişafına töhfə verə biləcək ilk peşə-ixtisas
təhsili müəssisələrinin direktorlarını yetişdirmək və
təkmilləşdirməkdir.
İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət
göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə
edəcək.
Təlimlərin müddəti:
noyabr - yanvar 2015
Təlimdə əhatə ediləcək mövzular:
*
Təhsildə liderlik və idarəetmə
*
Məktəbin idarə edilməsi (PTT yönümlü)
*
Kurikulumun dizaynı və idarə edilməsi
*
Qiymətləndirmə (peşə və təhsil standartları, daxili
sorğu-cavab)
*
Marketinq
*
Maliyyə idarəetməsi
*
Məlumatların təhlili, monitorinqi və qiymətləndirilməsi
Müsabiqədə iştirak üçün minimum tələblər:
*
Ümumi idarəetmə, təhsilin idarə olunması, iqtisadiyyat,
dövlət və bələdiyyə idarəçiliyi, hüquqşünaslıq, tarix,
pedaqogika sahələrində tam ali təhsil;
*
5 illik iş təcrübəsi;
*
Azərbaycan dilini mükəmməl bilmək;
*
Microsoft Office proqramlarını bilmək.
Namizədlərdən gözlənilən digər keyfiyyətlər:
*
Liderlik bacarığı
*
Yüksək motivasiyalılıq
*
Səmərəli qərar qəbul etmə bacarığı
*
Nəticəyönümlülük
*
Xarici dili bilmək
Müraciət qaydaları:
müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər
tərcümeyi-halı (CV)
[email protected] ünvanına göndərə
bilərlər.
Müraciət üçün son tarix:
30 sentyabr 2014
Seçim qaydaları:
*
Tərcümeyi-hal (CV) üzrə birinci seçim mərhələsi;
*
Test üzrə ikinci seçim mərhələsi;
*
Müsahibə üzrə üçüncü seçim mərhələsi;
*
Müvafiq testlər vasitəsilə qiymətləndirmə üzrə dördüncü
seçim mərhələsi;
*
Tapşırıq üzrə beşinci seçim mərhələsi.
Yekun qiymətləndirmə:
təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi
tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər.
İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə
"Uğur sertifikatı" təqdim olunacaq. "Uğur sertifikatı"
əldə etmiş və hazırda ilk peşə-ixtisas təhsili müəssisə
direktoru vəzifəsində çalışan şəxslərin işlərində
səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr
təyin olunacaq, hazırda direktor vəzifəsində çalışmayan
digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə
təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.
Allianz Consult MMC
AZ1001, Bakı şəhəri, Nizami küç., 1/3,
Sapphire Plaza, 6-cı mərtəbə
Əlaqə telefonları:
(99 412) 404 99 15; Faks: (99 412) 404 99 16
E-poçt:
[email protected]
|