Təlimlərin məqsədi
müasir idarəetmə bilik və bacarığına yiyələnmiş,
informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və
sosial inkişafına töhfə verə biləcək təhsili
idarəedənləri yetişdirməkdir.
Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi
təhsil müəssisələrini əhatə edəcək.
Təlimlərin
müddəti:
Təlimlər 20 oktyabr 2014-cü il - 17 yanvar 2015-ci
il (3 ay) tarixlərini əhatə edəcək.
Təlimdə əhatə ediləcək modullar:
* Planlaşdırma
* Statistika-Məlumatların toplanılması və təhlili
* İdarəetmə və təşkilatçılıq
* Keyfiyyətli təhsil və təlim-tədris keyfiyyətinə
nəzarət
* Liderlik
* Qanunvericilik
Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu
təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli
praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif
təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil
ediləcək.
Müsabiqədə
iştirak üçün minimum tələblər:
* Ali pedaqoji təhsil
* Məktəb direktoru və ya direktor müavini kimi ən azı 2
(iki) il pedaqoji iş təcrübəsi
Namizədlərdən gözlənilən digər keyfiyyətlər:
* Liderlik bacarığı
* Yüksək motivasiyalılıq
* Səmərəli qərar qəbuletmə bacarığı
* Nəticəyönümlülük
* İKT-dən istifadə bacarığı
Müraciət qaydaları:
Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə
formasını (ƏLAVƏ) dolduraraq
[email protected]
elektron poçt ünvanına göndərməlidirlər.
Müraciət üçün son tarix:
07 oktyabr 2014-cü il, saat 17:00
Seçim qaydaları:
Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən
ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt
ünvanına ([email protected])
göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər.
Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi
yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək.
Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə
- müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin
nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur.
Yekun qiymətləndirmə:
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi
tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər.
İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə
"Uğur sertifikatı" təqdim olunacaq. "Uğur sertifikatı"
əldə etmiş şəxslərin işlərində səmərəliliyin artırılması
üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hazırda
direktor vəzifəsində çalışmayan digər şəxslər isə
direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün
ehtiyat kadr kimi qeydə alınacaqlar.
Ətraflı məlumat üçün -
www.edu.gov.az |