Azərbaycan
Müəllimlər İnstitutunda (AMİ) ali məktəb müəllimlərinin
ixtisasartırma təhsilində maraqlı mühazirələr davam edir.
Oktyabrın 1-də AMEA-nın akademiki, Neft-Kimya Prosesləri
İnstitutunun direktoru Vaqif Abbasov dinləyicilər
qarşısında "Azərbaycan elminin bu günü və sabahı"
mövzusunda mühazirə oxuyub.
Akademik V.Abbasov təhsil sahəsində həyata keçirilən
islahatlar və onun gələcəkdə təhsilimizin inkişafına
təsiri, gözlənilən nəticələr barəsində geniş məlumat
verib. İslahatların həyata keçirilməsində müəllimlərin
peşəkarlığının rolu və bu sahədə ixtisasartırmanın
əhəmiyyəti vurğulanıb. Eyni zamanda Azərbaycan elminin
aktual problemləri barədə geniş fikir mübadiləsi
aparılıb, dinləyiciləri maraqlandıran suallar
cavablandırılıb.
Mətbuat və informasiya şöbəsi |