Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və
ədəbiyyat müəllimliyi ixtisasının IV kurs tələbələri
pedaqoji təcrübədə olduqları Naxçıvan şəhər 2 nömrəli
tam orta məktəbdə görkəmli pedaqoq, maarifçi və şair
Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illik
yubileyi münasibətilə tədbir keçiriblər.
Əvvəlcə məktəbin foyesində maarifçi və şair Məhəmməd
Tağı Sidqinin həyat və yaradıcılığından bəhs edən kitab
və qəzetlərin sərgisi nümayiş olunub.
Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru
Sevil Salayeva böyük ədibin həyat və fəaliyyətindən
danışıb. Direktor, həmçinin tələbələrin pedaqoji
təcrübənin gedişi zamanı göstərdikləri fəallıqdan, hər
bir tələbənin gələcəyin yüksək intellektli müəllimi,
mütəxəssisi kimi formalaşmasındakı rolundan danışaraq
onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya
üzrə fəlsəfə doktoru, dosent Seyid Surə bildirib ki,
digər ədib və ziyalılarımız kimi, maarif fədaisi, şair
Məhəmməd Tağı Sidqinin də yaratdığı əsərlər, elm
öyrətməklə nurlanan fəaliyyəti dövlətimiz tərəfindən
qiymətləndirilir, onun ömür yolu və yaradıcılığı ətraflı
öyrənilir. Bu baxımdan tələbələrin mövzu ilə bağlı
hazırladıqları tədbir xüsusi əhəmiyyətə malikdir.
Sonda Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin
şagirdlərinin ifasında Məhəmməd Tağı Sidqinin şeirləri
bədii qiraət olunub.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |