Noyabrın 17-də Azərbaycan Müəllimlər İnstitutunun Qazax
filialında Milli Dirçəliş Günü ilə əlaqədar tədbir
keçirildi. Azərbaycan Respublikasının Dövlət himni ilə
başlayan tədbiri giriş sözü ilə institutun direktoru,
dosent Afaq Qasımova açıq elan etdi. Daha sonra Dirçəliş
Günü ilə bağlı videoslayd təqdim olundu. Bu günün tarixi
əhəmiyyəti ilə bağlı iştirakçılara geniş məlumat verildi.
Ümummilli lider Heydər Əliyevin müasir müstəqil
Azərbaycanın qurucusu kimi tarixi xidmətlərindən söz
açıldı. Daha sonra Tarix və Coğrafiya müəllimliyi
ixtisasının I kurs tələbəsi Cavid Cavadov, ibtidai sinif
müəllimilyi ixtisasının I kurs tələbəsi Səfa Namazova,
riyaziyyat və informatika müəllimliyi ixtisasının III
kurs tələbəsi, TGT sədri Sənəm Namazova çıxış etdilər.
|