Rayon təhsil şöbəsi məşğulluq mərkəzi ilə birgə 1
nömrəli tam orta məktəb-liseydə "Gənclərin şüurlu
yaradıcı əməyə hazırlanması, onların düzgün peşə və
ixtisas seçiminə istiqamətləndirilməsi" mövzusunda
yuxarı sinif şagirdləri üçün müəllim və valideynlərin
iştirakı ilə tədbir keçirilib. Rayon təhsil şöbəsinin
metodisti Gülsurə Novruzova verdiyi məlumatda
bildirir ki, tədbirdə məşğulluq mərkəzinin direktoru
Ə.Rəhimov, məktəbin direktoru T.Ağayev mövzu ilə
əlaqədar çıxış ediblər. Şagirdlər onları maraqlandıran
suallara ətraflı cavab alıblar.
Təhsil Nazirliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti (GİZ) Biomüxtəlifliyin Davamlı İdarə Olunması
proqramının birgə əməkdaşlığı ilə bioloji müxtəlifliyin
qorunması sahəsində ekoloji maarifləndirməni
genişləndirmək məqsədi ilə məktəblilər arasında ekoloji
tədbirlər keçirilir. Bu məqsədlə RTŞ-nin tabeliyində
olan 11 ümumtəhsil məktəbinin biologiya müəllimlərinin
Biomüxtəlifliyin Davamlı İdarə Olunması proqramının
nümayəndələrinin iştirakı ilə təlimati seminar
keçirilib. Seminarı giriş sözü ilə rayon təhsil
şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor
B.Babayev açıb. Seminarda iştirak edən şəhər 1 nömrəli
məktəb-liseyin biologiya müəllimi Ş.Eminova, şəhər 2
nömrəli tam orta məktəbin biologiya müəllimi, əməkdar
müəllim C.Məmmədova, Şıxbağı kənd tam orta məktəbinin
biologiya müəllimi S.İsmayılova, Gəlmə kənd tam orta
məktəbinin biologiya müəllimi G.Soltanova çıxış edərək
mövzu ilə əlaqədar fikirlərini bildiriblər. |