Noyabrın
21-də Sumqayıt Dövlət Universitetində əmək yarmarkası
keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin
təşkilatçılığı ilə reallaşıb.
SDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent
Nizami Namazov Dövlət Məşğulluq Xidmətinin rəis
müavinləri Şahbaz Xələfov, İbrahim Heydərov və Sumqayıt
şəhər Məşğulluq Mərkəzinin direktor əvəzi İlham
Hüseynova universitetin rəhbərliyi və professor-müəllim,
tələbə heyəti adından belə bir tədbiri təşkil etdikləri
üçün öz dərin minnətdarlığını bildirib. Vurğulayıb ki,
universitetdə əmək yarmarkası keçirilməsi tələbələrin
həyatında əmək bazarına çıxmaq və öz gələcək karyerasını
qurmaqda çox mühüm və vacib amildir.
Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktor əvəzi İlham
Hüseynov universitetin rektoru Elxan Hüseynova əmək
yarmarkasının keçirilməsinə şərait yaratdıqlarına görə
təşəkkürünü bildirib.
Bu gün ölkəmizdə yeni iş yerlərinin yaradılmasının
dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyi
diqqətə çatdırılıb, bu işin Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin və nazirlik yanında Dövlət
Məşğulluq Xidmətinin fəaliyyət prioritetlərindən birinə
çevrildiyini, vətəndaşların əmək bazarına baxımından
aktiv məşğulluq tədbirlərinin keçirildiyini vurğulayıb.
Qeyd olunub ki, son illər ölkənin müxtəlif rayonlarında
əmək yarmarkalarının təşkili bir ənənə halını almışdır
və təcrübə göstərir ki, bu yarmarkaların keçirilməsi
vətəndaşların işlə təmini istiqamətində böyük səmərə
verir. Əmək yarmarkasında 5-i dövlət, 32-si
qeyri-dövlət olmaqla Sumqayıt şəhərində fəaliyyət
göstərən 37 işəgötürən tərəfindən 620 ştat vahidi boş iş
yerləri (vakant vəzifələr) təqdim olunub, Sumqayıtın iri
müəssisələri olan Sumqayıt Texnologiyalar Parkı, Gilan
Tekstil Müəssisəsi, Bismak Qida-Sənaye Kompleksi, BASF
Kimya Şirkəti, "İntertextile" ASC və s. şirkətlər əmək
yarmarkasında iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və BMT
İnkişaf Proqramının əməkdaşlığı ilə həyata keçirilən
"Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı"
layihəsi çərçivəsində 2013-cü ilin sentyabr ayında
SYSLAB Sumqayıt Mərkəzi fəaliyyətə başlamışdır. SDU-da
təhsilini yeni bitirmiş və 2015-ci ildə bitirəcək
məzunların bu layihədə iştirakı imkanları nəzərə
alınaraq SYSLAB Sumqayıt Mərkəzi də tədbirdə iştirak
etmişdir. Məzunlar və sonuncu kurs tələbələri layihə və
mərkəzin fəaliyyəti haqqında məlumatlandırılmış,
layihədə iştirak etmək istəyən gənclərin CV-ləri qəbul
edilmişdir.
Mətbuat xidməti |