Ucar şəhər 4 nömrəli tam orta məktəbin riyaziyyat
müəllimi Vəfa Əsgərova redaksiyamıza göndərdiyi
məktubda bildirir ki, məktəbimizin "Kiçik
Akademiya"sının illik hesabatı keçirilib.
Qeyd olunub ki,"Kiçik Akademiya"nın üzvləri respublika
səviyyəsində müxtəlif sahələr üzrə keçirilən
tədbirlərdə fəal iştirak edirlər. 2012-2013-cü dərs
ilində məktəbimizin şagirdlərindən "Kiçik Akademiya"nın
üzvü İmran Hacılı Respublika fənn olimpiadasının
finalında riyaziyyat fənnindən IV həvəsləndirici yeri
tutub. Bundan əlavə, Gənclər və İdman Nazirliyinin
dəstəyi ilə "İstedadların hazırlığı laboratoriyası"
çərçivəsində olimpiada keçirilib.
Bu olimpiadada da "Kiçik Akademiya"nın 2 üzvü iştirak
edib və hər ikisi II yeri tutub. Hazırda "Kiçik
Akademiya"nın üzvləri müxtəlif elmi işlər və layihələr
üzərində işləyirlər. Onlara müxtəlif fənn
olimpiadalarına hazırlıq məqsədi ilə əlavə məşğələlər
keçirilir. Məktəbdə "Kiçik Akademiya" çərçivəsində
müxtəlif fənlər üzrə "istedad bankı" yaradılıb. Bu
sahədə işlər davam edir.
Hazırda "Kiçik Akademiya"nın 6 nəfər ən fəal üzvünün
müxtəlif mövzularda tədqiqat işi məktəb yoldaşları,
digər şəhər məktəblərinin rəhbərləri və "Kiçik
Akademiya"ların prezidentləri qarşısında təqdim edilib.
Nəticədə akademiyanın üzvü İmran Hacılı "Sabahın
alimləri" IV Respublika müsabiqəsinə qeydiyyatdan keçib
və "Yüksək dərəcəli bərabərsizliklərin intervallar üsulu
ilə həlli daxilində "çətir üsulu" tədqiqat işi ilə
müsabiqədə iştirak edəcək. İnanırıq ki, o, bu
müsabiqədə də müvəffəqiyyət qazanacaq. |