Şağan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və
İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə
keçirilən cüdo üzrə açıq Bakı birinciliyinə yekun
vurulub. BŞGİBİ-dən bildiriblər ki, birincilikdə 169
idmançı 8 çəki dərəcəsində mübarizə aparıb.
Turnirdə Mehti Əsgərov (55 kq), Sadiq Məhərrəmov (60
kq), Eşqin Məmmədov (66 kq), Ucal Abdullayev (73 kq),
Elçin Heybətov (81 kq), Aslan Mirzəyev (90 kq), Musa
Şəkərəliyev (100 kq) və Elxan Təhməzov (100 kq-dan
yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlk üç yeri tutan idmançılar BŞGİBİ tərəfindən müvafiq
dərəcəli diplomlar və xatirə hədiyyələri ilə
mükafatlandırılıblar. |