Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı 2015-ci ilin 7-8 aprel tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində keçirilsin.

2. Konfransın Təşkilat komitəsi və  Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).

3. Ali təhsil müəssisələrinin rektorları Doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2015-ci il 28 fevral tarixinədək Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinə təqdim edilməsini təmin etsinlər.

4. Azərbaycan  Dövlət  İqtisad Universitetinin rektoru (Ə.Muradov):

4.1. Konfransın Azərbaycan Dövlət İqtisad Universitetində yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın.

4.2. Konfransın proqramının nəşrini, materiallarının nəşrə hazırlanmasını və nəşr edilməsini təmin etsin.

5. Elm və ali təhsil şöbəsi (G.Hüseynova) konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.

6. İqtisadiyyat şöbəsi (R.Orucov)  təqdim olunan təsdiqedici  sənədlər əsasında  konfransın  keçirilməsi ilə bağlı xərclərin ödənilməsini təmin etsin.

7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini, "Azərbaycan müəllimi"qəzetində dərc olunmasını, əmrin çoxaldılıb ali təhsil müəssisələrinə göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
3 fevral 2015-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov