Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Müstəqil Azərbaycan dövlətinin qurucusu və dahi siyasətçi, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq  

ƏMR EDİRƏM: 

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün təhsil müəssisələrində qeyd olunması ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət planı təsdiq edilsin (əlavə olunur).

2. Nazirliyin müvafiq struktur bölmələri, yerli təhsili idarəetmə orqanları, ümumi təhsil, ilk peşə, orta-ixtisas və ali təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin etsinlər.

3. Fəaliyyət planında nəzərdə tutulan inşa yazı və rəsm müsabiqələrinin, idman yarışlarının keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı tədbirlərin Naxçıvan MR üzrə təşkili muxtar respublikanın Təhsil Nazirliyinə (P.Nağıyev) həvalə olunsun.

4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, çoxaldılıb yerlərə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
20 fevral 2015-ci il


 

Əlavə: 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov