Fevralın
24-də
Parisdəki
Azərbaycan
Mədəniyyət
Mərkəzində
ölkəmizin
Fransadakı
səfirliyinin
və
Avropa-Azərbaycan
Cəmiyyətinin
təşkilatçılığı
ilə
Xocalı
faciəsindən
bəhs
edən
"Sonsuz
dəhliz"
filminin
təqdimatı
olub.
Tədbirdə
təhsil
nazirinin
müavini
Firudin
Qurbanov,
Azərbaycanın
Fransadakı
səfiri
Elçin
Əmirbəyov,
Avropa-Azərbaycan
Cəmiyyətinin
Parisdəki
ofisinin
rəhbəri
Marie-Laetitia
Gourdin,
Azərbaycanın
Dostları
Assosiasiyasının
sədri,
Milli
Assambleyanın
deputatı
Jan-Fransua
Mansel
iştirak
ediblər.
Xocalı
faciəsi
qurbanlarının
xatirəsi
bir
dəqiqəlik
sükutla
yad
edildikdən
sonra çıxışlar
dinlənilib.
Qeyd
olunub
ki,
Xocalı
soyqırımı
XX əsrin
ən
dəhşətli
faciələrindən
biridir.
Bu
faciə
insanlığa
və
bütün
bəşəriyyətə
qarşı
törədilmiş
ən
qəddar
cinayətdir.
Tədbirdə
Xocalı
soyqırımının
dünya
ictimaiyyətinə
hərtərəfli
çatdırılması
üçün
Heydər
Əliyev
Fondunun
vitse-prezidenti
Leyla
Əliyevanın
rəhbərliyi
ilə 2008-ci
ildən
etibarən
hər
il "Xocalıya
ədalət!"
beynəlxalq
təşviqat
kampaniyasının
keçirildiyi
və
bu
kampaniyanın
nəticəsi
olaraq
dünyanın
onlarca
ölkəsinin
parlamenti
tərəfindən
Xocalı
faciəsinin
tanındığı
bildirilib.
Xocalı
faciəsinin
23-cü
ildönümü
ilə əlaqədar
dünya
ölkələrində
silsilə
tədbirlərin
təşkil
olunduğu,
ilk
dəfə
Fransada "Sonsuz
dəhliz"
sənədli
filminin
nümayişinin
həmin
tədbirlərdən
biri
olduğu
vurğulanıb.
Sonra
Xocalı
faciəsini
əks
etdirən
"Sonsuz
dəhliz"
sənədli
filmi
nümayiş
olunub. |