Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Rəsmi xronika

 

* Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini Mitsuhiro Furusavanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * Aprelin 30-da  Prezident İlham Əliyev Z.B.Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında sərəncam imzalayıb.

 * Prezident  İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva  aprelin 29-da Bakı Konqres Mərkəzinin açılışında iştirak ediblər.

 * Aprelin  29-da  ölkə başçısı İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib.

 * Prezident  İlham Əliyev  aprelin 29-da  Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında fərman imzalayıb. Fərmanla "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydalar"ı  təsdiq edilib.

 * Dövlət başçısı İlham Əliyev aprelin 28-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.

 * Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb.

* Prezident İlham Əliyev aprelin 28-də  Azərbaycanın paytaxtında keçirilən III Qlobal Bakı Forumunun rəsmi  açılış mərasimində iştirak və çıxış edib. 

* Aprelin 27-də  ölkə başçısı İlham Əliyev Malta Respublikasının Baş naziri Cozef  Muskatı qəbul edib.

 * Dövlət başçısı  İlham Əliyev aprelin 27-də Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib. 

* Aprelin 27-də Prezident İlham Əliyev Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * Ölkə başçısı İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki  aprelin 26-da  Bakıda "Bakı-2015"  ilk Avropa Oyunları məşəlinin  alovlandırılması mərasimində iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov