Məlum olduğu kimi, təhsil nazirinin müvafiq əmri ilə bu
ildən Bakı şəhərinin ümumtəhsil məktəblərində və
Təhsil Nazirliyinin tabeliyindəki lisey və
gimnaziyalarda I siniflərə qəbul elekron sistem
vasitəsilə həyata keçirilir. Lisey və gimnaziyalara
ərizə qəbulu üçün nəzərdə tutulmuş müddət artıq başa
çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata
görə, lisey və gimnaziyalara 3539 elektron ərizə daxil
olub. Hazırda bu tip təhsil müəssisələrində seçim üçün
müsabiqələr keçirilir.
Bütövlükdə isə indiyədək 35956 valideyn övladının I
sinfə qəbulu ilə bağlı elektron ərizə ilə müraciət edib.
Onlardan 17293 valideyn qeydiyyatı özü onlayn
vasitəsilə, 18219-u məktəblərdəki qeydiyyat
komissiyalarına, 444-ü isə paytaxtın hər bir rayonunda
yaradılmış alternativ sənəd qəbulu komissiyasına
müraciət etməklə həyata keçirib.
Xatırladaq ki, ümumtəhsil məktəblərinin I siniflərinə
qəbul üçün valideynlərin elektron ərizələrinin bu
sistemdə qeydiyyatı sentyabrın 15-dək davam edəcəkdir. |