Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Təhsil Nazirliyində ali mükafatın təqdimolunma mərasimi

 

İyunun 25-də Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş Lidiya Mixaylovna Qranovskayaya ali mükafatın təqdimolunma mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov Bakı Slavyan Universitetinin professoru Lidiya Qranovskayanın Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması, eyni zamanda rus dilinin tədqiqi sahəsindəki xidmətlərindən danışıb və ona fəaliyyətində uğurlar arzulayıb.

Lidiya Qranovskaya onun pedaqoji və tədqiqatçılıq fəaliyyətinə verilmiş yüksək qiymətə görə dövlət başçısına təşəkkürünü bildirib.

Sonda nazir "Əməkdar elm xadimi" medalını və vəsiqəsini Lidiya Qranovskayaya təqdim edib. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov