Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqust 2015 - №30

 

Rəsmi xronika

 

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  avqustun 13-də Tahir Yaqub oğlu Budaqovun Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi  və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilməsi haqqında sərəncamlar imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də XXXI Yay Olimpiya Oyunlarına  hazırlıq haqqında sərəncam imzalayıb.

* Avqustun 12-də dövlət başçısı İlham Əliyev  səhiyyə naziri O.Şirəliyevin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  H.Hüseynovanın "Şöhrət" ordeni ilə təltif  edilməsi haqqında sərəncamlar imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Cəlilabad rayonunda səfərdə olub. Dövlət başçısı səfər çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli  səfiri Nikolay Patskeviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

* Dövlət başçısı İlham Əliyev avqustun 10-da Azərbaycan Respublikası hökuməti  və Çin Xalq Respublikasının hökuməti arasında Azərbaycan Respublikasının Çindəki Səfirliyinin  binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında Sazişə Əlavə Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

* Prezident İlham Əliyev avqustun 10-da Azərbaycan Respublikasının hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Koreya Respublikasının hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyası  və Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncamlar imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Siyəzən - Məşrif avtomobil yolunun açılışında iştirak edib.

* Dövlət başçısı İlham Əliyev avqustun 8-də Şabran rayonunun ərazisində yerləşən "Qalaaltı Hotel  & SPA" müasir müalicə-istirahət kompleksinin açılışında iştirak edib.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov