Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2015 - №33

 

Rəsmi xronika

 

* Sentyabrın 4-də Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev Xızı və Siyəzən rayonlarında  səfərdə olub.

* Prezident İlham Əliyev sentyabrın 2-də Beynəlxalq  Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqi qəbul edib.

* Ölkə başçısı  İlham Əliyev sentyabrın 2-də  Azərbaycan  Respublikası vətəndaşlarının 2015-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev sentyabrın 1-də  Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

* Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev xalq şairi  Fikrət Qocaya  80 illik yubileyi münasibəti ilə təbrik məktubu göndərib, həmçinin xalq şairini  "Şərəf" ordeni ilə təltif edib.

* Prezident İlham Əliyev avqustun 31-də Latviyanın və İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin  etimadnamələrini qəbul edib.

* Avqustun 31-də ölkə başçısı  İlham Əliyev Dövlət xidmətlərinin göstərilməsində  şəffaflığın artırılması, yaşayış yeri üzrə  qeydiyyat  və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində  bəzi  tədbirlər haqqında  fərman imzalayıb.

* Prezident İlham Əliyev avqustun 31-də  "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə  dair tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

* Avqustun 31-də dövlət başçısı İlham Əliyev Azərbaycan  Respublikasının Dövlət Gömrük Komitəsi  ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük  nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokolun  təsdiq edilməsi barədə sərəncam imzalayıb.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov