Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Rəsmi xronika

 

* Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazax xanlığının 550 illik yubileyi münasibətilə Astanadakı Müstəqillik sarayında keçirilən təntənəli mərasimdə iştirak edib.

* Sentyabrın 10-da Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak etmək üçün Qazaxıstan Respublikasına işgüzar səfərə gedib.

* Dövlət başçısı İlham Əliyev sentyabrın 10-da  Azərbaycanın yəhudi icmasına  onların yeni il bayramı - Roş-Ha-Şana münasibətilə təbrik məktubu ünvanlayıb.

* Sentyabrın 10-da  ölkə başçısı  İlham Əliyev  Azərbaycan  Respublikasının  Mədəniyyət və  Turizm Nazirliyinin tabeliyində  "Şahdağ  Turizm  Mərkəzi"  Qapalı Səhmdar  Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

* Sentyabrın 9-da  Prezident  İlham Əliyev  Gəncə  Dövlət Tarix-Mədəniyyət  Qoruğu ərazisindəki  "İmamzadə"  kompleksində  bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı  İlham Əliyev sentyabrın 9-da  Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş  "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması  Qaydası"nda  dəyişikliklər edilməsi barədə  fərman imzalayıb.

* Sentyabrın 9-da Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

* Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında  iqtisadi məsələlərə  və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə çıxış edib.

* Ölkə başçısı İlham Əliyev sentyabrın 7-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olub.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov