Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Rəsmi xronika

 

* Oktyabrın 29-da  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Misir Ərəb Respublikasının və Hindistan Respublikasının  ölkəmizdə yeni təyin olunmuş  fövqəladə  və  səlahiyyətli səfirlərinin  etimadnamələrini  qəbul edib.           

 * Ölkə başçısı  İlham Əliyev oktyabrın 28-də  ATƏT-in  Minsk  qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

* Oktyabrın 28-də  dövlət  başçısı  İlham Əliyev  Səttar Suliddin oğlu  Mehbalıyevin  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə  təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev oktyabrın 27-də Monteneqronun  Baş naziri  Milo  Cukanoviçin  rəhbərlik etdiyi  nümayəndə heyətini qəbul edib.

* Oktyabrın  27-də  Prezident  İlham Əliyev  Şəki şəhərində  Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı  İlham Əliyev oktyabrın 27-də “Azərbaycan  İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

* Oktyabrın 26-da  ölkə başçısı  İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə fərman imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Sumqayıtda  səfərdə  olub. Dövlət  başçısı  səfər  zamanı  Sumqayıt  Kimya Sənaye Parkının  ərazisində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışında, həmçinin Sumqayıtda “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma və  “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimlərində iştirak edib.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov