Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Aqrar Universitetində inşa müsabiqəsi keçirilib

 

Böyütmək üçün seçinAzərbaycan Dövlət Aqrar Universitetində “İlham Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa müsabiqəsi keçirilib. Müsabiqədən əvvəl iştirakçılarla görüşən ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyib  ki, gənclik hər bir dövlətin gələcəyidir. Onlara yaradılan şərait ilk növbədə dövlətin gələcəyinə təminat, idarəetmənin zaman-zaman gəncləşməsinin təsdiqidir. Elə bu səbəbdən də Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Həqiqət budur ki, indi Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Təbii ki, gənclik ilk növbədə ali təhsil müəssisələrində formalaşır, əldə etdikləri bilik və bacarıqları ilə dövlətin enerjili, bütün dəyərlərə malik aparıcı qüvvəsi kimi cəmiyyətdə yerini tutur.

Qeyd edilib ki, təhsil müəssisəsində vaxtaşırı gəncliyə göstərilən etimad və onlara yaradılan şərait barədə diskussiyalar keçirilir, inşa müsabiqələri təşkil edilir. Universitetdə keçirilən və bütün fakültə və ixtisaslar üzrə 700-dən artıq 1-ci kurs tələbəsinin iştirak etdiyi müsabiqədən əvvəl münsiflər heyəti iştirakçılara mövzunun mahiyyəti, dəyəri və aktuallığı, dövlət gənclər siyasəti,gənclərin öz bilik və bacarıqlarını, potensialını reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə qəbul edilən prioritetlər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Müsabiqədən əvvəl monitorlarda İlham Əliyev və Azərbaycan gəncliyi adlı slayd nümayiş olunub.

Müsabiqənin sonunda münsiflər heyətinin qərarı ilə hər fakültə üzrə birinci, ikinci, üçüncü yerin sahibləri mükafatlandırılıb. Digər 25 nəfər fərqlənən tələbəyə isə sertifikatlar təqdim edilib. 

 Qalib RƏHİMLİ,
Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov