Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Qafqaz Universitetində memorandum imzalanıb

 

Dekabrın 21-də Qazaxıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə  Əl-Farabi adına Qazaxıstan Milli Universiteti və Qafqaz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev, Əl-Farabi adına Qazaxıstan Milli  Universitetinin rektoru, akademik Qalimkair Mutanovun  rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Qonaqları salamlayan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç xalqlarımız  arasındakı səmimi dostluq münasibətlərindən, iqtisadi və humanitar sahələrdə olan əlaqələrdən danışıb. Bildirib ki, bu gün imzalanan protokol hər iki universitetin tələbə və müəllim heyəti arasında mübadilənin aparılmasına, birgə elmi layihələrin və ortaq elmi araşdırmaların həyata keçirilməsinə imkan verəcək. Rektor əməkdaşlığın qurulmasında olan əməyinə görə səfir Beybit İsabayevə təşəkkür edib.

Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin rektoru, akademik Qalimkair Mutanov səmimi qarşılanma üçün təşəkkürünü bildirib, rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Diqqətə çatdırıb ki, 80 illik tarixi olan universitetlərində  hazırda 20  min tələbə təhsil alır.  İmzalanan memorandum sayəsində hər iki ali məktəb arasında əməkdaşlığın daha da dərinləşəcəyinə  ümid etdiyini söyləyən rektor  məqsədlərinin gənclərin elmi fikir mübadiləsinə və bir-birini  daha yaxından tanımasına  şərait yaratmaq olduğunu vurğulayıb.

Tədbir Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin tələbələrinin ifasında konsert proqramı ilə davam edib.  

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov