Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

NDU-da Heydər Əliyev Universitetinin növbəti məşğələsi keçirilib

 

Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 202-ci məşğələsi keçirilib.

“Heydər Əliyev Dünya Azərbaycanlılarının milli-mənəvi birliyinin yaradıcısıdır” mövzusuna həsr olunmuş məşğələdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək vurğulayıb ki, xalqımız ən ağır, çətin məqamlarda milli mənsubiyyəti ilə qürur duyan, azərbaycançılıq ideologiyasının kamil daşıyıcısı, ömrünü xalqının xoşbəxt və firavan gələcəyinə həsr edən ümummilli liderin ətrafında bir yumruq kimi birləşməklə möhtəşəm tarixi nailiyyətlərə imza atıb. Natiq qeyd edib ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının sarsılmaz milli birliyinin rəmzidir. 1989-cu ildə Naxçıvanda vüsət alan sərhəd hərəkatına, milli birlik uğrunda mübarizəyə ilk dəfə dünya şöhrətli siyasətçi, xalqımızın böyük oğlu Heydər Əliyev düzgün siyasi qiymət verərək Naxçıvan MR Ali Məclisinin Sədri işləyərkən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı xüsusi qərar imzalayıb. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında milli-mənəvi birliyin və həmrəyliyin yaranmasında mühüm rol oynayır. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib və dünyanın bir çox ölkəsində qeyd olunur.

“Dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir”- bu fikirləri tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov mövzu ilə bağlı məruzəsində səsləndirib.

Məruzəçi qeyd edib ki, ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda YAP sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib. 

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov