Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Ucarda yubiley tədbiri

 

Ucar  Rayon Təhsil Şöbəsinin  aparıcı  məsləhətçisi Yeganə  Süleymanova bildirib ki,  Qazyan  kənd 2 nömrəli  tam orta  məktəbdə  keçirilən  Səməd  bəy Mehmandarovun  xatirəsinə  həsr olunmuş  tədbir maraqlı və yaddaqalan olub. Tədbirdə Səməd bəy Mehmandarovun həyat və fəaliyyəti şagird və müəllimlərin ifasında səhnələrlə, maraqlı slaydlarla, marş  musiqisilə tərənnüm  olunub. 

Bildirilib ki, Səməd bəy Mehmandarov Azərbaycan xalqının hərb  tarixinə unudulmaz səhifələr  yazıb. Çıxış edənlər Prezident İlham Əliyevə  general-leytenant Səməd  bəy Mehmandarovun yubileyinin keçirilməsi və xatirəsinin  əbədiləşdirilməsi ilə bağlı  verdiyi sərəncama görə minnətdarlıqlarını  bildiriblər. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov