Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Müsabiqənin qalibləri mükafatlandırılıb

 

BDU Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən  “Hisslərini rənglərlə ifadə et” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Onlara diplom və pul mükafatları təqdim olunub.

Mükafatlandırma tədbirində BDU THİK-nin sədri Daşqın Qənbərov bildirib ki,  bu tip tədbirlər yaradıcı tələbələrin cəmiyyətə təqdim olunmasında, onlar arasında sağlam rəqabətin yaradılmasında, mövcud bacarıqlarının inkişafında mühüm əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, sərgidə 20-dən artıq gənc rəssamın 60-dan çox əsəri yer alıb. Müsabiqə xarakterli sərgidə biologiya fakültəsinin II kurs tələbəsi Natavan Həsənova “Bella paysage” adlı əsəri ilə I yerə, coğrafiya fakültəsinin  I kurs tələbəsi Leyla Ələkbərova “Humanity” adlı əsəri ilə II yerə, biologiya fakültəsinin  III kurs tələbəsi Xariqə Cabbarlı “Dostluğun sərhədi yoxdur”  adlı əsəri ilə III yerə layiq görülüblər. 

BDU THİK  İctimai Əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov