Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ƏN YAXŞI MƏKTƏBLƏR

 

 

2012/2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamının 1-ci hissəsinə uyğun olaraq 

QƏRARA ALIRAM: 

1. 2012/2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın: 

Ağstafa şəhəri 2 nömrəli tam orta məktəb

Bakı Dövlət Universiteti nəzdində "Gənc istedadlar" liseyi

Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi

6 nömrəli məktəb-lisey

Bakı şəhəri 20 nömrəli məktəb-lisey

Bakı şəhəri 27 nömrəli tam orta məktəb

Bakı şəhəri 29 nömrəli tam orta məktəb

Bakı şəhəri 30 nömrəli tam orta məktəb

Bakı şəhəri 32 nömrəli tam orta məktəb

Bakı şəhəri 35 nömrəli tam orta məktəb

Bakı şəhəri 39 nömrəli tam orta məktəb

Bakı şəhəri 46 nömrəli tam orta məktəb

Bakı şəhəri 70 nömrəli məktəb-lisey

Bakı şəhəri 94 nömrəli tam orta məktəb

Bakı şəhəri 110 nömrəli tam orta məktəb

Bakı şəhəri 160 nömrəli Klassik gimnaziya

Bakı şəhəri 191 nömrəli tam orta məktəb

Bakı şəhəri 220 nömrəli məktəb-lisey

Bakı şəhəri 263 nömrəli tam orta məktəb

Bakı şəhəri 275 nömrəli tam orta məktəb

Bakı şəhəri 287 nömrəli "Zəkalar" liseyi

Bakı şəhəri 308 nömrəli tam orta məktəb

Bakı şəhəri 319 nömrəli tam orta məktəb

Balakən şəhəri 1 nömrəli tam orta məktəb

Bərdə şəhəri akademik Zərifə Əliyeva adına məktəb-lisey

Bərdə şəhəri 3 nömrəli tam orta məktəb

Gəncə şəhəri 4 nömrəli tam orta məktəb

Göyçay şəhəri 3 nömrəli tam orta məktəb

Xəzər Universitetinin Dünya məktəbi

İsmayıllı şəhəri 1 nömrəli tam orta məktəb

İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi

İsmayıllı rayonu Talıstan kənd tam orta məktəbi

Kürdəmir şəhəri 1 nömrəli tam orta məktəb

Qax şəhəri 2 nömrəli məktəb-lisey

Qazax şəhəri 1 nömrəli tam orta məktəb

Qəbələ şəhəri 4 nömrəli tam orta məktəb

Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli tam orta məktəb

Naxçıvan şəhəri 10 nömrəli tam orta məktəb

Oğuz rayonu Xaçmaz kənd 1 nömrəli tam orta məktəb

Ordubad şəhəri 3 nömrəli tam orta məktəb

Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya

Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyi

Sumqayıt şəhəri "İstedad" liseyi

Sumqayıt şəhəri 30 nömrəli tam orta məktəb

Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəb

Şərur şəhəri 1 nömrəli tam orta məktəb

Şirvan şəhəri 10 nömrəli tam orta məktəb

Tovuz rayonu Azaflı kənd tam orta məktəbi

Ucar şəhəri 2 nömrəli tam orta məktəb

"Zəngi" liseyi 

2. Bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2008-ci il 25 fevral tarixli 714 nömrəli fərmanının 3-cü hissəsinə uyğun ödənilsin. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2013-cü il

 
 
 
Səhifənin başına qalx Bölməyə dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov