Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” uşaq studiyası builki mövsümü bağlı elan edib və bu münasibətlə tədbir keçirilib. Tədbirdə müxtəlif beynəlxalq incəsənət festivallarında ölkəmizi layiqincə təmsil edən rusdilli uşaqlardan ibarət studiyanın üzvləri teatrlaşdırılmış rəqs nömrələri nümayiş etdiriblər.

 

Bağlanış mərasimində  Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Əməkdar  artist İntiqam Soltan studiyanın rəhbəri Larisa Tarusovanı, xoreoqraf Günəş  Talıbovanı və fəal iştirakçıları fəxri fərmanla təltif edib.

 

Sifai SƏFƏROVA