Elm və Təhsil Nazirliyinin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi"nin fərdi kateqoriysı üzrə qalibi “Duolingo ilə ingilis dili hamı üçün əlçatandır” adlı layihəyə uyğun olaraq təşkil edilən ingilis dili təlimləri başa çatıb.

                 

Layihə çərçivəsində Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində Göyçay rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdləri üçün 3 aylıq ödənişsiz İngilis dili kursu fəaliyyət göstərib. İngilis dili kursunun təlim proqramına uyğun olaraq təlimçi Günay Süleymanova tərəfindən müdavimlərə ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqları öyrədilməklə, kursun təlim proqramına uyğun olaraq "People", "Lifestyle", "Professions", "Travelling" bölmələri tədris edilib. Kursda təhsil alan 15 şagird ilkin test imtahanının nəticələrinə əsasən seçilib. Kursda hər 4 dərsdən bir 90 dəqiqəlik test imtahanı keçirilib, tədrisin nəticələri layihənin eksperti tərəfindən dəyərləndirilib. 

 

Qeyd edək ki, “Duolingo ilə ingilis dili hər kəs üçün əlçatandır” adlı layihənin məqsədi şagirdlərin ingilis dili biliklərini möhkəmləndirmək, onların ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.

 

Layihə rəhbəri Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbin ingilis dili müəllimi Rəxşəndə Həmidova, İngilis dili kursunun təlimçisi Günay Süleymanova, layihə üzrə ekspert Ziba Məmmədovadır.  

 

Layihənin bağlanış tədbirində 3 aylıq kursu bitirən müdavimlərə göstərdikləri nəticələrə müvafiq olaraq diplom və sertifikatlar təqdim ediləcək.