Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən peşə təmayüllü siniflərdə “Açıq qapı” günü keçirilib.

 

Tədbirlərdə rayonların təhsil sektorlarının müdirləri, müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

 

Bildirilib ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. 

 

Şakir CƏFƏROV