Naxçıvan Dövlət Universitetinin (NDU) 5 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Robotex Türkiyə" Milli Çempionatında yüksək nəticə əldə edib.

 

NDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, çempionatda universitet komandaları “Proqramlaşdırma”, “Yaşıl sahibkarlıq ”, “Tibb elmləri” üzrə startap kateqoriyalarında mübarizə aparıblar.

 

Çempionatın nəticələrinə əsasən, NDU-nun tələbələri - Sərdar Ağayev “Tibb elmləri” kateqoriyası üzrə I, Elsun Cəfərov “Proqramlaşdırma” kateqoriyası üzrə II yerin sahibi olub. Ümüd Nəsibov, Zahir Axundov və Abdulla Kərimli isə “Jüri özəl mükafatı”na layiq görülüblər.

 

Qeyd edək ki,  yarışmada qalib gələn komandalar 2024-cü ilin dekabr ayında Estoniyada keçiriləcək “Robotex International” dünya çempionatında mübarizə aparacaqlar.